Moldovada “Şerif”lə “Qarabağ” arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.
Mynews.az Report-a istinadən məlumat verir ki, oyun Roy Raynşrayberin başçılıq etdiyi israilli hakimlər briqadasına tapşırılıb. Ona Amihay Yehoşua Mozes və Dan Uçenik yan xətt, Daniel Bar Natan dördüncü hakim qismində yardımçı olacaqlar.
UEFA nümayəndəsi latviyalı Edqar Pukinsk, hakim-inspektor litvalı Paulius Maljinskasdır.
R.Raynşrayber Azərbaycan komandalarından “Qəbələ”nin 2015-2016 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Tbilisidə Gürcüstan “Dinamo”su ilə keçirdiyi ilk oyunu idarə edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İsrailli referi tərəflərdən hərəyə 2 oyunçuya sarı vərəqə göstərməklə yanaşı, “Dinamo”nun bir oyunçusunu meydandan qovub.
Qeyd edək ki, avqustun 1-də “Şerif” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub