Qapıçılar digər oyunçulara nisbətən göz önündə çox olmurlar. Amma bu onların oyunçulardan az qazanmasını bildirmir.
Mynews.az Milli.Az-a istinadən dünyanın ən çox qazanan qapıçılarını təqdim edir.
Siyahıya Almaniya milli komandası və Münhenin “Bavariya” klubunun şərəfini qoruyan Manuel Noyer başçılıq edir. O, Bavarlardan ildə 9 milyon avro alır.
2-ci sırada “Mançester Yunayted”in ispan qapıçısı David De Heyadır. Onun illik məvacibi 8,9 milyon avrodur.
“Real Madrid” və İspaniyanın sabiq qapıçısı, hazırda “Porto”nun şərəfini qoruyan İker Kasilyas ildə 6,4 milyon avro qazanmaqla 3-cü sırada qərarlaşıb
“Totenham”dan ildə 6 milyon alan Hugo Loris növbəti sıranın sahibidir.
Hal-hazırda Buffonun davamçısı kimi göstərilən “Milan”ın 19 yaşlı qapıçısı Gianluici Donaruma ildə 6 milyon avro qazanır və 5-cı yerdədir.
6-cı sırada 5,2 milyon avro qazanan “Arsenal” qapıçısı Peter Çexdir.
Tarixin ən güclü qapıçılarından hesab olunan Buffon ildə 5 milyon qazanaraq 7-ci sırada qalıb.
İtaliyanın “Torino” klubunun şərəfini qoruyan Siriqu ildə 4,2 milyon qazanaraq 8-ci pillədə qərarlaşıb.
“Çelsi”nin belçikalı əlcəyi Tibo Kurtua 9-cu yerdədir. O, London klubundan ildə 4,1 milyon avro alır.
10-cu yerdə isə Uruqvaylı qapıçı Fernando Musleradır. O, “Qalatasaray”dan 3,5 milyon avro qazanır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub