Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ictimaiyyətə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının maskotlarını təqdim edib.
Mynews.az-ın verdiyi məlumata görə, Azərbaycanımızın milli sərvəti, dünyanın bir çox ölkələrində gözəllikləri ilə göz oxşayan Qarabağ atları IV İslam Həmrəyliyi Oyunlarının maskotu olaraq cəmiyyətə nümayiş olunub.
İncəlik və cəsurluğu özündə xarakterizə edən Qarabağ atları oyunların bundan sonrakı təbliğatında əhəmiyyətli rol oynamaqla yanaşı, eyni zamanda IV İslam Həmrəyliyi Oyunlarının simaları olacaqlar.
“İncə” atı zəriflik və gözəllik nümunəsi olması ilə bərabər, eyni zamanda incəliyi və məlahəti əks etdirir. “İncə” adət-ənənələri və milli dəyərləri təmsil edir.
Məharətli, mərd və məqsədyönlü “Cəsur”, digər Qarabağ atları kimi özünə əminliyi və sərbəstliyi ilə seçilir. Məqsədlərinə nail olmaq üçün heç bir çətinlikdən qorxmayan, iradəli və əzmkar olan “Cəsur” mehribanlığı, hər kəsə olan sevgi və diqqəti ilə tanınır.
Bu gündən etibarən IV İslam Həmrəyliyi Oyunlarının maskotları olacaq “İncə” və “Cəsur” oyunlar öncəsi və zamanı xalqımızı oyunlarının bir parçası olmağa ruhlandırmaqla yanaşı, eyni zamanda mərkəz və regionlarımızda əsl idman bayramı əhvali-ruhiyyəsi yaradacaqlar.
Qeyd edək ki, maskotlar artıq illüstrasiya şəklində yaradılıb və tezliklə animasiyalı və real görünüşə sahib olacaqlar.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub