Avrokubokların III təsnifat mərhələsinin cavab matçlarının ilk oyun günündən sonra UEFA-nın reytinq siyahısı açıqlanıb.
Mynews.az Apasport.az-a istinadən məlumatına görə, Çempionlar Liqasında baş tutan yeganə qarşılaşma cədvəldə dəyişikliyə səbəb olmayıb.
Lakin Moldovada keçirilən “Şerif” – “Qarabağ” görüşü Azərbaycanın xal hesabını artırması ilə nəticələnib. 2:1 hesablı qələbə qazanan Ağdam təmsilçisi ölkəmizin aktivinə daha 0,250 xal gətirib.
Bununla, cari mövsümün qazancı 2,625-ə çatıb. “Qarabağ” hamıdan çox – 0,875 xalın qazanılmasında pay sahibidir. “İnter” 0,750, “Zirə” 0,625, “Qəbələ” 0,375 xal qazanıb.
Son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız isə 17,375-ə çatıb. Bu, irəliləməyimizə imkan verməsə də, 22-ci olan Azərbaycanın mövqeyini möhkəmlətməsi ilə nəticələnib. 21-ci olan Kiprlə xal fərqi 0,325-ə qədər azalıbsa, 23-cü olan İsveçdən 0,400 xal uzaqdadır.
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 89,069 xal.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub