Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq

684
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq

Bu gün futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

Mynews.az Report-a istinadən xəbər verir ki, baş tutacaq 14 matçdan sonra “play-off”a vəsiqə qazanacaq bütün komandalar müəyyənləşəcək.

Türkiyə təmsilçisi “Başakşehir” səfərdə heç-heçə etdiyi “Brügge”ni qonaq edəcək. İlk oyunlarında bərabərlik qeydə alınan “Rusenborq” (Norveç) - “Seltik” (Şotlandiya) və “Ayaks” (Hollandiya) - “Nitsa” (Fransa) qarşılaşmaları da gərgin mübarizə vəd edir.
Qeyd edək ki, “play-off” mərhələsinin püşkatması avqustun 4-də keçiriləcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunları

2 avqust
21:00. MOİK (Moskva, Rusiya) - AEK (Yunanıstan)
İlk oyun – 2:0
21:00. BATE (Belarus) - “Slaviya” (Praqa, Çexiya)
İlk oyun – 0:1
21:00. APOEL (Kipr) - “Vitorul” (Rumıniya)
İlk oyun – 0:1
21:45. “Başakşehir” (Türkiyə) - “Brügge” (Belçika)
İlk oyun – 3:3
22:00. “Kopenhagen” (Danimarka) - “Vardar” (Makedoniya)
İlk oyun - 0:1
22:15. “Viktoriya” (Çexiya) - “Styaua” (Rumıniya)
İlk oyun - 2:2
22:15. “Yanq Boyz” (İsveçrə) - “Dinamo” (Kiyev, Ukrayna)
İlk oyun – 1:3
22:30. “Ludoqorets” (Bolqarıstan) - “Hapoel” (Beer Şeva, İsrail)
İlk oyun – 0:2
22:30. “Hafnarfyordur” (İslandiya) - “Maribor” (Sloveniya)
İlk oyun – 0:1
22:45. “Olimpiakos” (Yunanıstan) - “Partizan” (Serbiya)
İlk oyun – 3:1
22:45. “Legiya” (Polşa) - “Astana” (Qazaxıstan)
İlk oyun – 1:3
22:45. “Riyeka” (Xorvatiya) - “Zalsburq” (Avstriya)
İlk oyun – 1:1
22:45. “Rusenborq” (Norveç) - “Seltik” (Şotlandiya)
İlk oyun – 0:0
22:45. “Ayaks” (Hollandiya) - “Nitsa” (Fransa)
İlk oyun – 1:1

Xəbər lenti