Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunları davam edir.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, mübarizəni bu turnirdə davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qəbələ" də meydana çıxıb.
Əyalət klubu evdə Yunanıstan "Panatinaikos"u ilə görüşüb.
Bir həftə əvvəl səfərdə 0:1 hesabı ilə məğlub olan Roman Qriqorçukun yetirmələri 8-ci km qəsəbə stadionunda da məğlubiyyətə üzülüb.
Oyunun ilk hissəsində hesab açılmayıb. İkinci yarıya təmsilçimiz qolla başlayıb. Monrozun hazırladığı epizodu yunanların müdafiəçisi Moledo öz qapısına göndərib.
Ancaq "Qəbələ"nin qol sevinci uzun çəkməyib. Qoldan 10 dəqiqə sonra Lod, daha 4 dəqiqə sonra isə Kabazes vəziyyəti "Panatinaikos"un xeyrinə dəyişib.
Matçda başqa qol olmayıb və təmsilçimiz Avroliqa ilə vidalaşıb.
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
3 avqust
"Qəbələ" (Azərbaycan) - "Panatinaikos" (Yunanıstan) - 1:2
Qollar: Moledo, 52 (öz qapısına) - Lod, 62, Kabazes, 66
Baş hakim: Kreyq Pauson
Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn
Dördüncü hakim: Kevin Friend (hamısı İngiltərə)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun - 0:1
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub