"Barselona”nın futbolçusu Neymarın PSJ-yə keçidi rəsmiləşib.
Mynews.az baku.ws-ə istinadən məlumatına görə, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. Müqaviləyə əsasən braziliyalı 2022-ci ilin iyul ayına qədər PSJ-nin şərəfini qoruyacaq.
Rekord məbləğdə transfer olunan Neymar dünyanın ən bahalı futbolçusu olub. Onun transfer qiyməti 222 milyon avro təşkil edib.
Futbolçu İnstaqram hesabında videomüraciətlə Kataloniya klubunun ulduz futbolçusu Lionel Messi ilə sağollaşıb. O, bildirib ki, Messi ona çox dəstək olub və heç vaxt bu yaxşılığı unutmayacaq.
Neymar atasına qarşı çıxdığını da deyib. "Ata, mən həyatımda ikinci dəfədir ki, sənin sözünə qarşı çıxıram. Amma mən sənə hörmət edirəm. Bundan sonra PSJ mənim evim olacaq”.
Neymar PSJ-də 10 nömrə formasını geyinəcək.
Qeyd edək ki, Braziliya millisinin üzvü 2013-cü ildən "Barselona”da çıxış edirdi. O, Kataloniya klubunda 186 oyuna 105 qol vurub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub