Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, Faiq Qarayevin yetirmələri təlim-məşq toplanışının növbəti mərhələsini Sloveniyada keçəcək.
Komandamız Maribora bu gün yollanacaq. Voleybolçularımız burada fiziki hazırlığı yekunlaşdırıb, topla məşqlərə üstünlük verəcək. Millimizin Sloveniyada bir neçə yoxlama görüşü keçirməsi də planlaşdırılır.
Təmsilçimiz Mariboru İtaliyaya dəyişəcək. Azərbaycan və Gürcüstanın birgə keçirəcəyi qitə çempionatına hazırlıq da məhz bu ölkədə yekunlaşacaq. Komandamız İtaliya ilə keçirəcəyi yoxlama oyunundan sonra - sentyabrda vətənə dönəcək.
Qeyd edək ki, sentyabrın 22-də başlayacaq Avropa çempionatı oktyabrın 1-də başa çatacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub