Neymarın transferinin dəqiqləşməsindən sonra PSJ klubunun Parisdə olan iki satış mağazasında dünən yeni formalar satışa çıxarılıb.
Mynews.az bildirir ki, Şanzelize bulvarındakı klub satış mağazasında sonu görünməyən növbə meydana gəlib və oyunçunun 100 avroya satılan 10 nömrəli yeni forması 6 saat içində tükəib.
Fransa mətubatı onu da bildirib ki, Şanzelize və "Parc des Princes" stadionunda olan iki mağazaya bir gündə 15 min fanatın forma almaq üçün gəlməsi bu sahədə tarixi rekord qırılmasına səbəb olub.
Səhər saatlarında başlayan satışların günortadan sonra ehtiyatların bitməsiylə sona çatdığı, formadan bir gündə cəmi 10 min ədəd satıldığı bildirilib. Klub rəsmiləri yeni satışlarda artıq bir adama tək forma satma qərarı alıb.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub