Qədri bilinmədiyi üçün çox sevdiyi vətənini tərk etmək məcburiyyətində qalan, Qazaxıstanın azərbaycanlı olimpiya çempionu Nicat Rəhimovun atası Əli Rəhimov etirafı ilə diqqət çəkib.
Mynews.az xəbər verir ki, çempionun atası güləşçilərin aksiyasından sonra baş məşqçi Firdovsi Umudovun bəziləri tərəfindən hədəf alınmasına laqeyd qalmayıb.
Rəhimov Umudov kimi məşqçilərin ağır atletikada da olmasını arzulayıb:
"Mən əvvəlki şərhlərimin birində qeyd etmişdim ki,Firdovsi Umudov qədər millatini, vətənini sevən az tapılar.
Bu müsahibəni oxuyandan sonra (Qarabağ qazisi Kamil Musavinin Umudovla bağlı mətbuatda yayılan müsahibəsi) kim nə deyir desin, bu müsahibədən sora Firdovsi Umudova qarşı hörmətim daha da artdı. Halal olsun sənə vətənin çörəyi, atdığın hər addım sənə uğur gətirsin.
Nə edək ki,bəzi insanların qanlarında problem var. Biz həmişə öz millətimizə düşmən kəsilmişik.
Mən həmişə bütün idman növlərində legioner məşqçilərə olan münasibətə fikir vermişəm. Firdovsi Umudovun yerində başqa bir legioner məşqçi çıxıb nə desəydi onu alqışlayacaqdılar.
Biri də səsini çıxarmayacaqdı. Biz öyrənmişik özmüzün qeyrətli oğullarına düşmən kəsilib, başqa millətin qeyrətsizlərinə yaltaqlanmağa... Kaş Ağır Atletika Fedarasiyasında Firdovsi Umudov kimi oğul olardı o zaman tərəddüd etmədən Nicatı gətirərdim".
Qeyd edək ki, Nicat Rəhimov Rioda qızıl medal qazanaraq ilk azərbaycanlı ağır atlet kimi tarix yazmışdı.




1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub