Kilian Mbappenin transferini həll edə bilməyən “Real” diqqətini Almaniyaya yönəldib.
Mynews.az Fanat.Az-a istinadən xəbər verir ki, “Kral Klubu” Dortmund “Borussiya”sından Osman Dembeleni heyətinə qatmağa çalışır.
“Real” uzun müddətdir ki, Mbappenin transferi üçün çalışırdı. Əvvəlcə gənc futbolçuya 120 milyon avro qiymət qoyan “Monako” sonradan bu məbləği 180, ən son olaraq isə 200 milyon avroya qaldırdı. İndi “Real”ın əsas hədəfinin Dembele olduğu bildirilir. Madrid klubu bu futbolçu üçün “Borussiya”ya 100 milyon avro təklif edir. Alman klubunun həmin məbləğlə razılaşacağı deyilir.
Qeyd edək ki, 20 yaşlı hücumçu ötən il “Renn”dən Almaniya klubuna 15 milyon avroya transfer olunub. Hazırda “Transfermarkt”ın 33 milyon avro qiymət qoyduğu Fransa millisinin üzvü ötən mövsüm 44 rəsmi oyuna çıxaraq 8 qol vurub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub