Hazırlıq görüşündə təyyarə qəzasına düşən "Chapecoense" komandası ilə qarşı-qarşıya gələn "Barcelona"da 11 dəyişiklik edilsə də, Arda Turanın adı siyahıda yoxdur.
Mynews.az Ölkə.az-a istinadən xəbər verir ki, kataloniyalıların 5-0 qalib gəldikləri oyunda baş məşqçi Ernesto Valverde 11 oyunçu dəyişdirsə də, Arda Turanı sahəyə buraxmayıb. "Barcelona"da Arda Turan və Duqlasdan başqa bütün oyunçular "Chapecoense" oyununda sahədə top qovublar. Valverdenin bu qərarı isə "Növbəti mövsümdə Ardanı heyətdə düşünmür" fikrini gündəmə gətirib.
Yeni mövsümdən əvvəl ilk də Nou Kamp stadionda rəqib qarşısına çıxan "Barcelona" 2016-cı ilin noyabr ayında təyyarə qəzasında futbolçularını və texniki heyəti həlak olan "Chapecoense" ilə üz-üzə gəlib.
Alan Raşel və Helio Neto ilə qəzadan sağ qalan, amma sağ ayağını itirən qapıçı Cekson Folmann oyunun start fitini verib.
Komandanın kapitanı Raşel 36-cı dəqiqədə oyunu tərk edərək göz yaşlarına hakim ola bilməyib.
Mövsümdən əvvəl baş məşqçi təyin edilən Ernestonun komandasında Deulofeu, Busquets, Messi, Luis Suarez ve Denis Suarezin qolu ilə "Barcelona" 5-0 qalib gəlib.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub