"Qarabağ" futbol klubunun Danimarkanın Kopenhagen şəhərində 23 avqust 2017-ci il tarixində "Kopengahen" klubu ilə baş tutacaq oyununa soydaşlarımızın hazırlığı davam edir.
Bu günlərdə doğma klubumuza Skandinaviya Türk Federasiyası tərəfndən dəstək gəlib.
"Qarabağ" futbol klubunun Danimarkanın Kopenhagen şəhərində 23 avqust 2017-ci il tarixində "Kopengahen" klubu ilə baş tutacaq oyununa soydaşlarımızın hazırlığı davam edir.
Bu günlərdə doğma klubumuza Skandinaviya Türk Federasiyası tərəfndən dəstək gəlib.

Mynews.az Ölkə.az-a istinadən xəbər verir ki, Federasiya başqanı, yazar İlhan Esen "Qarabağ" klubunun Danimarkaya gələcəyi ilə bağlı xəbəri eşidən gündən ciddi hazırlaşdıqlarını bildirib:
"Doğma klubumuza dəstək üçün federasiya olaraq Azərbaycan və Türkiyə bayraqları ilə meydandan olacağıq. Bununla bağlı üzvlərimiz məlumatlanıblar. Qarabağ özünü türk hiss edən hər bir insanın ürəyindəki yaradır. Ora sadəcə Azərbaycanın deyil, türk dünyasının gerçək yurdudur. O səbəbdən də, "Qarabağ" klubu bizim mənəvi və milli bir simvolumuzdur. Həm də Qarabağın azadlığı üçün meydanda "Qarabağ"a dəstək verəcəyik".
Federasiya başqanı heç bir zaman Qarabağın işğalı ilə barışmayacaqlarını da qeyd edib:
"Skandinaviyada Qarabağ həqiqətlərinin çatdırılmasına çalışırıq. Bu milli vəzifəmizdir. Qarabağ bizim üçün müqəddəs əmanətdir", -deyə İ.Esen əlavə edib.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub