Ermənistan mətbuatı millimizin sabiq üzvü Vaqif Cavadovdan yazıb.
“Qafqazinfo” xəbər verir ki, "golosarmeni.am" saytında "Sumqayıt"dan ayrılan futbolçumuzun Rusiyanın "Anji" klubundan gələn təklifə rədd cavabı verdiyi qeyd olunub. Cavadovun "Anji"dən imtina etməsinə komandanın baş məşqçisinin ermənistanlı Aleksandr Qriqoryan olması səbəb göstərilib.
Mənbə xəbərdə "Futbol+" qəzetinin məlumatından istifadə edib. Cavadov bir müddət öncə qəzetə verdiyi açıqlamada "Anji"dən gələn təklifi rədd etdiyini demişdi. O bildirmişdi ki, Mahaçqala klubundan kifayət qədər ciddi təklif alıb. Ancaq komandanın baş məşqçisi erməni olduğu üçün təklifi dəyərləndirməkdən imtina edib. Qeyd edək ki, bu xəbər erməni saytında günün ən çox oxunan xəbərlərindən biri olub.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub