Xəbər verdiyimiz kimi, azərbaycanlı idmançı Ramil Quliyev dünya çempionu olub. Bu medal 94 illik Türkiyə Cümhuriyyətinin Dünya Atletizm Çempionatında ilk qələbəsidir. Ramil ilk təbrik edənlərdən biri də Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan olub.
Azərbaycan Prezidenti İlham Əliyev də Ramili təbrik edənlər arasında olub. Ölkə başçısı idmançının bu möhtəşm qələbəsi münasibəti ilə ona təbrik məktubu göndərib.
2011-ci ildə Ramil Quliyev Azərbaycan vətəndaşlığından imtina edərək qardaş Türkiyə vətəndaşlığını qəbul etməsi isə onun çempion olmasından daha çox müzakirə olunan mövzudur.
AZXEBER.COM xəbər verir ki, "Hürriyet” qəzeti mövzunun aktuallığını nəzərə alaraq Ramil Quliyevdən müsahibə alıb. Qəzet Ramilin Türkiyəyə gəlişi, onun atasını itirməsi və Azərbaycanda ona qoyulan həbslə bağlı geniş yazı təqdim edib.
Həmin yazının tərcümə edilmiş hissəsini təqdim edirik:
ATASINI ÜRƏK TUTMASINDAN İTİRDİ
Ramil Quliyev 2011-ci ildə Türk vətəndaşlığı alandan sonra Azərbaycana gələcəyi təqdirdə həbs edilmə təhdidi ilə üz-üzə qalıb. 27 yaşındakı çempion Azərbaycanın qadağasına görə 2013-cü ilə kimi Türkiyə bayrağı altında yarışlarda iştirak edə bilməyib.
Ramil yüngül atletika üzrə idman növündə uğur qazanmasında məşqçiliyini edən atasını 2010-cu ildə ürək tutmasından itirib. 27 yaşındakı milli ulduz "Həyatında heç vaxt unutmadığın, sənə hər zaman güc verən bir an varmı?” deyə sual verdikdə hər şeyi danışmağa başladı:
Tarix 27 may 2007-ci il idi. O zamanlar ağlıma tez-tez gəlir. 17 yaşım olan gün idi. Bakıda Azərbaycan Çempionatında 200 metr məsafəyə 20.62-lik dərəcəyə nail olmuşdum. Atam və məşqçimlə çay içməyə getmişdik. Çay baxçasında atam mənə, "Bu yaşında 21 saniyədən az bir müddətdə finişə çatdın, hələ də buna inana bilmirəm. Bundan sonra limitin yoxdur. Hər şeyi əldə edə bilərsən, oğlum” deyəndə dünyalar mənim olmuşdu. Atam, kariyerasında 21 saniyə rekorda sahib idi. O gündən sonra hər zaman atamın o sözündən qüvvət aldım.
2011-ci ildə Fənərbaxçaya transfer olunan və İstanbula yerləşəm Ramil 2011-ci ildə Türkiyə vətəndaşlığı almaq qərarına gəlir. Qəzet yazır ki, 2012-ci ildə Azərbaycanın o dövürdəki idman nazir Azad Rəhimov Ramil Quliyevi "qarşılanmayacaq maddi tələblər irəli sürmək” iddiası ilə ittiham edir. Ramil isə, Türkiyədəki yüngül atletika üzrə imkanların genişliyini nəzərə alaraq bu ölkəni seçir.
Onu 2010-cu və 2011-ci ildəki çempionatlara dəvət edən Azərbaycanın təklifini rədd edən Ramil, "Azərbaycan vətəndaşlığından çıxarılma” və "Azərbaycana girərsə həbs edilmə” təhdidləri ilə qarşı-qarşıya qalıır.
Azərbaycan bundan sonra İAAF-a müraciət edərək 2013-cü ildə Ramilin başqa ölkə üçün yarışmasına qadağa qoyur. Bu tarixdən sonra 1990-cı il doğumlu atlet Türkiyə formasında yarışmaya başlayır.
Qeyd edək ki, mətbuatda yayılan xəbərlərə görə Ramil ölkəmizdən getməsinə səbəb Atletika Federasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə olub. O Ramillə şəxsi ədavətinə görə, idmançını yığmadan sıxışdırıb və buna etiraz edən Ramil Azərbaycanı tərk edib.
Çingiz Hüseynzadə özü də bir neçə il öncə verdiyi müsahibəsində bu hadisəni dolayı yolla təsdiqləyib.