Türkiyəni təmsil edən azərbaycanlı yüngül atlet Ramil Quliyev dünya çempionatında qazandığı qızıl medalı mərhum atasına həsr edib.
Mynews.az qol.az-a istinadən xəbər verir ki, o deyib ki, məhz atasının istəyi ilə hazırda yarışdığı idman növünü seçib: “Ona qədər başqa idman növləri ilə məşğul olmuşdum. Bir gün atam məni yüngül atletika məşqinə gətirdi.
Elə ilk gündəcə məşqçi dedi ki, sabah yarış var, iştirak edəcəksən. Cavab verdim ki, axı təzəyəm, yarışda necə iştirak edə bilərəm. Soruşdu ki, qaça bilirsən, “hə” dedim. Beləliklə, ertəsi çıxıb yarışda qaçdım və qalib oldum. Onda düşündüm ki, bu, nə asan idman növüdür. Sonra yüngül atletikaya davam etdim”.
Ramil Quliyev deyib ki, atası onun ən böyük azarkeşi və ilk məşqçisi olub: “Qızıl medalı ona həsr edirəm. Mən onu 2010-cu ildə itirdim. O, hər zaman inanırdı ki, mən dünya çempionu olacağam”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub