“Qarabağ” klubu Danimarka “Kopenhagen”i ilə Çempionlar Liqasının “play-off” mərhələsinin ilk oyunu üçün “qara bazar”da saxta biletlərin satılmasına aydınlıq gətirib.
Mynews.az xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimov Report-a açıqlamasında bildirib ki, bununla bağlı kluba şikayət daxil olmayıb.
Lakin onun fikrincə, saxta biletlərin satılması qaçılmazdır: “İndiki dövrdə saxta biletlərin hazırlanması çox bəsit məsələdir. Bu səbəbdən, azarkeşlərdən bütün matçlar üçün yalnız stadionunun kassalarından və holoqramlı bilet almağı xahiş edirik. “Qara bazar”dan alınan və üzərində nəzarət markaları olmayan biletlərə görə “Qarabağ” məsuliyyət daşımır”.
Qeyd edək ki, avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda “Qarabağ” “Kopenhagen”i 1:0 hesabı ilə məğlub edib. Böyük marağa səbəb olan qarşılaşma üçün “qara bazar”da satılan biletlərin arasında üzərində holoqram olmayanlara da rast gəlinib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub