Qarşıdan gələn istirahət günlərində Avropa futbolunda tarixi hadisə baş verəcək. Almaniyada çempionat matçının baş hakimi qadın olacaq.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu şəxs Bibiana Ştaynhausdur.
O, Avropa çempionatının elit divizionunda çalışacaq ilk qadın hakim olacaq. Qeyd olunur ki, Ştaynhausun 38 yaşı var. O, polis zabitidir, eyni zamanda, 1999-cu ildən professional hakimdir.
Bibiana qadın futbolunda maksimum uğura nail olub və Almaniya kubokunun finalını, 2011-ci ildə qadınlar arasında futbol üzrə dünya çempionatını və 2012-ci ildə Londonda qadınlar arasında Olimpiya yarışını idarə etməklə məşhurdur.
Ştaynhausun Bundesliqada əsas işi 10 il vaxt aparıb. O, 2007-ci ildən ehtiyat hakim kimi matçlarda işləyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub