"Qəbələ" və Türkiyənin "Qalatasaray" klubları arasında yoldaşlıq görüşünün təşkili üçün danışıqlara başlanılıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, matçın sentyabrın 2-də və 3-də keçirilməsi planlaşdırılır. Həmin vaxt milli komandaların oyunları ilə əlaqədar çempionatlarda fasilə yaranacaq.
"Qalatasaray"ın məşqçilər heyəti bu qarşılaşmada yeni transfer Sofian Fequlini sınaqdan çıxaracaq. İngiltərə "Vest Hem"indən alınan 28 yaşlı yarımmüdafiəçi hazırda bərpa dövrü keçir. Əlcəzair millisinin oyunçusu məhz fasilə müddətində hazırlıqlara başlayacaq. Fequli "Qəbələ" ilə görüşdə özünü yaxşı tərəfdən göstərə bilsə, Türkiyə Super Liqasının IV turunda "Antalyaspor"a qarşı səfər matçında forma geyinəcək.
Qeyd edək ki, "Qəbələ" - "Qalatasaray" matçının Bakıda təşkili planlaşdırılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub