Türkiyənin “Beşiktaş” klubu 6 futbolçusunu satışa çıxarıb.
Mynews.az-ın Report-a istinadən verdiyi məlumata görə, onların arasında Ermənistan yığmasının üzvü Aras Özbiliz də var.
İstanbul təmsilçisinin satmaq istədiyi digər oyunçulara gəlincə, bunlar Mustafa Pektemek, Veli Kavlak, ukraynalı Denis Boyko, isveçli Aleksandr Miloşeviç və kolumbiyalı Pedro Frankodur. "Beşiktaş" UEFA-nın Maliyyə “Fair Play” qaydalarına riayət etmək üçün transferlərdən 1,4 milyon avro gəlir əldə etməlidir. Ona görə də klub belə addım atmağa qərar verib.
Hələlik baş məşqçi Şenol Günəşin xidmətlərində maraqlı olmadığı bu futbolçularla bağlı real təklif yoxdur. Klub rəhbərliyi onları Türkiyə Superliqasına yeni vəsiqə qazanan klublara göndərməyi planlaşdırır.
Qeyd edək ki, “Beşiktaş”ın sözügedən “altılıq”la yollarını ayırmaq istəməsinin digər səbəbi onlara ödəniləcək illik məvacibdir. Bu futbolçular klubda qalacaqları təqdirdə, İstanbul təmsilçisi ümumilikdə 6,6 milyon avro ziyana düşəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub