Avropanın ən “seksual çimərliklər”inin reytinqi hazırlanıb.
Mynews.az xəbər verir ki, “Argophilia Travel News” portalının hazırladığı siyahıda 4 çimərlik var.
Onlardan biri Adriatik dənizinin içərisinə girən Qarqano yarımadasının (İtaliya) çimərlikləridir. İtaliyanın şərqində yerləşən regionda yüzlərlə istirahət zonasını tapmaq olar.
Siyahıya İtaliyanın daha bir istirahət zonası düşüb. Bu, Aralıq dənizində - Siciliyanın 205 kilometrliyində yerləşən Lampeduza vulkanik adasındaki çimərlikdir. Bundan başqa, siyahıya Türkiyənin Bodrum şəhərinin ətrafında – Egey dənizin sahilində yerləşən Barbaros çimərliyi daxil edilib.
Yaltanın Qara dəniz sahilində yerləşən Massandra çimərliyi də Avropada “ən seksuallar”ın dördlüyünə düşüb.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub