İspaniyanın “Real Madrid” klubunun futbolçusu Serxio Ramos La Liqa tarixində ən çox qırmızı vərəqə alan Pablo Alfaro və Xavi Aquadonun antirekorduna şərik çıxıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, 31 yaşlı mərkəz müdafiəçisi bu siyahıya ölkə çempionatının ilk turunda “Deportivo” ilə səfər matçından sonra qoşulub.
O, 18-ci dəfə meydandan qovulub.
Qeyd edək ki, “Real Madrid” “Deportivo”nu 3 cavabsız qolla məğlub edib. Serxio Ramos 53-cü və 90+2-ci dəqiqələrdə sarı vərəqə almaqla, meydandan kənarlaşdırılıb. Pablo Alfaro və Xavi Aquado karyeralarını artıq başa vurublar. Bu səbəbdən, “kral klubu”nun kapitanının gələcəkdə yeni antirekord müəyyənləşdirməsi mümkündür.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub