Martın 16-dan 19-dək Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Dünya Kuboku yarışı keçiriləcək. Bakının artıq ikinci ildir ev sahibliyi edəcəyi turnirdə 21 ölkədən 90 kişi, 46 qadın idmançının iştirakı gözlənilir.
Mynews.az xəbər verir ki, turnirin ilk iki günündə təsnifat mərhələləri, sonuncu iki günündə isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək. Cari Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydalarına əsasən, kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.
2015-ci ildən etibarən Bakıda gimnastikanın bütün Olimpiya növləri üzrə Dünya Kuboku mərhələlərinin keçirilməsi artıq ənənəyə çevrilib. İrimiqyaslı beynəlxalq tədbirlərin zəngin təcrübəyə əsaslanaraq, yüksək səviyyədə təşkili ölkəmizdə gimnastikanın bütün növlərinin inkişafına böyük təkan verir, gimnastika həvəskarlarının sayını ildən-ilə artırır. Bu yolun davamı olaraq növbəti dəfə təşkil ediləcək Dünya Kuboku yarışında Milli Gimnastika Arenasına toplaşacaq tamaşaçılar tanınmış idman gimnastlarının təqdimatında güc, zəriflik və əzmkarlığı əks etdirən gərgin mübarizənin şahidi olacaqlar. Yarış boyunca keçiriləcək əyləncəli fləşmoblar, maraqlı müsabiqələr gimnastika sevənlərə unudulmaz anlar yaşadacaq.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub