Fransada keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında 80 kq-da mübarizə aparan Azərbaycan idmançısı Elvin Mürsəliyev ilk görüşündə parlaq qələbə qazanıb.
Mynews.az xəbər verir ki, o, əsl xarakter nümayiş etdirərək ikiqat Olimpiya (London 2012 və Rio-2016), ikiqat dünya və ikiqat Avropa çempionu, Rusiya güləşçisi Roman Vlasovu mübarizədən kənarlaşdırıb.
Beləliklə, E.Mürsəliyev 1/8 finala vəsiqə qazanıb. Bu mərhələdə o, Ermənistan güləşçisi Edqar Babayanı (8:0), 1/4 finalda isə mərakeşli Zied Ouqramanı məğlub edərək yarımfinala çıxıb.
Qeyd edək ki, yarımfinalda idmançımızın rəqibi Radzik Quliyev (Belarus) olacaq.
Oxu.Az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub