Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandaların yer alacağı səbətlər bəlli olub.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, əsas raundda iştirakı dəqiqləşən 27 komandadan yalnız “Seltik”in səbəti dəqiq deyil.
Pley-offu adlayan Şotlandiya çempionunun IV səbətdə yer alacağı gözlənilir. Lakin “Hoffenhaym”ı qəbul edəcək “Liverpul”un mərhələ keçməməsi qlazqoluları III səbətə göndərəcək. Çünki Almaniya təmsilçisi aşağı reytinqli olduğundan sonunculara qoşulacaq.
Bu gün baş tutacaq 5 dueldən yalnız Liverpuldakının qalibinin kimliyi hansı səbətdə yer almasına səbəb olacaq. Digər 4 cütdə isə mərhələ keçənin kimliyi rol oynamır. Bu cütlərin qalibi istənilən halda sonuncu səbətdə olacaq.
Azərbaycan çempionu “Qarabağ”ın “Kopenhagen”lə Danimarkadakı duelindən sonra mərhələ keçəcək komanda da IV səbətdə olacaq.
Qeyd edək ki, dünən mərhələ keçənlərdən “Sevilya” II, “Napoli” və “Olimpiakos” III, “Maribor” IV səbətə düşüb. “Seltik” isə İngiltərədəki matçı gözləyir.
Çempionlar Liqasının qrup mərhələsinin səbətləri
I səbət
“Real”
“Bavariya”
“Çelsi”
“Yuventus”
“Benfika”
“Monako”
“Spartak” Moskva
“Şaxtyor”
II səbət
“Barselona”
“Atletiko”
PSJ
“Borussiya” Dortmund
“Sevilya”
“Mançester Siti”
“Porto”
“Mançester Yunayted”
III səbət
“Napoli”
“Tottenhem”
“Bazel”
“Olimpiakos”
“Anderlext”
“Roma”
“Beşiktaş”
“Liverpul” (İngiltərə) - “Hoffenhaym” (Almaniya) cütünün qalibi*
“Seltik”**
IV səbət
“Seltik”*
“Liverpul” (İngiltərə) - “Hoffenhaym” (Almaniya) cütünün qalibi**
“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi
“Slaviya” (Çexiya) - APOEL (Kipr) cütünün qalibi
“Styaua” (Rumıniya) - “Sportinq” (Portuqaliya) cütünün qalibi
MOİK (Rusiya) - “Yanq Boyz” (İsveçrə) cütünün qalibi
“Feyenord”
“Maribor”
“Leypsiq”
Qeyd: Son iki səbətdə 9 iştirakçı göstərilib. Bunlardan ikisi üçün “Liverpil” mərhələ keçsə “*”, “Hoffenhyam” mərhələ keçsə “**” varinatı keçərli olacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub