Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Taypeydə təşkil olunan 29-cu Yay Universiadasında qızıl medal qazanıb.
Mynews.az-ın Report-a istinadla məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.
O, əvvəlcə portuqaliyalı Jan Miçel Fernandesi 29:1, ardınca rusiyalı Boqdan Qreçkini 25:8, yaponiyalı Hidenori Ebatı 32:15 hesabı ilə yenib. Dünya çempionu yarımfinalda yerli taekvondoçu Vey Tinq Liuya 12:4 hesabı ilə qalib gəlib. Həlledici döyüşdə isə o, ispaniyalı Raul Martinez Qarsiyadan üstün olub - 6:3.
Qeyd edək ki, bu, Azərbaycanın Universiadada 2-ci "qızıl"ı, ümumilikdə isə 4-cü medalı olub. Ötən gün digər taekvondoçu Ayxan Tağızadə (68 kq) gümüş medala sahib olub. Daha əvvəl isə cüdoçulardan Zelim Kotsoyev (100 kq) qızıl, Firudin Dadaşov (90 kq) bürünc medal əldə edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub