Ötən gecə Danimarkanın “Kopenhagen” klubunu mübarizədən kənarlaşdıraraq, qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” səhər saatlarında Bakıya qayıdıb.
Mynews.az yenicag.az-a istinadən xəbər verir ki, Ağdam klubunu qarşılayanlar arasında “Zaqatala” klubunun prezidenti, Qurban Qurbanovun qardaşı Musa Qurbanov da var idi.
Jurnalistlərin suallarını cavablandıran veteran futbolçu “Qarabağ”ın tarixi zəfərini şərh edib. Bundan başqa, o, matçdan sonra qardaşı ilə emosional telefon danışığından da söz açıb. Qardaşlar söhbət zamanı analarını xatırlayaraq, kövrəliblər.
Qeyd edək ki, Qurbanovların anası Güləbatın xanım bu ilin aprelində dünyasını dəyişib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub