Azərbaycanlı kikboks ustası Zabit Səmədov keçirilən revanş görüşdə qələbə qazanıb.
Bu dəfə Səmədov revanş görüşdə rəqibi hollandiyalı Errol Tsimmermana qalib gəlib.
Qarşılaşma Çeçenistanın paytaxtı Qroznı şəhərində keçirilib. Səmədov Çeçenistanın birinci prezidenti Axmat Kadırovun xatirəsinə həsr edilmiş beynəlxalq turnirdə Errolla rinqə çıxıb. Uzun keçən görüşdə Səmədov rəqibindən açıq-aşkar üstünlük nümayiş etdirib. Hakimlərin qərarı ilə görüşün qalibi Zabit Səmədov elan edilib.
Yarışı Çeçenistan prezidenti Ramzan Kadırov da izləyib. Qələbə elan edildikdən sonra Səmədov rinqdən tullanıb və Kadırov onu qucaqlayaraq təbrik edib.
Qeyd edək ki, Zabiq Səmədov Erol Tsimmermanla ilk dəfə 2008-ci ildə üz-üzə gəlib. Avropa Qran-prisinin finalında gücünü sınayan idmançıların yarışında hakimlər Hollandiya təmsilçisini qalib elan etmişdilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub