Dünən Ağdamın “Qarabağ” klubu Danimarka “Kopenhagen”i ilə qarşılaşmada sərfəli nəticə əldə edərək, UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu, yaşı yüzdən çox olan Azərbaycan futbol tarixinin hələlik, ən böyük uğurudur. “Qarabağ” qitənin 32 ən güclü komandası siyahısına adını yazdırmaqla, həm özünün, həm yığmamızın, həm də ölkəmizin reytinq xalını, həmçinin, klub büdcəsini artırmış oldu. Bundan əlavə, klubun “Qarabağ” brendi ilə çıxış etməsi mənfur düşmənlə informasiya müharibəsində çox böyük üstünlüyümüzə çevriləcək. Bir sözlə, “Qarabağ”ın qələbəsi əvvəlcə vətənpərvərlik, millilik hadisəsi, daha sonra isə idman qələbəsidir. Amma hamımızı birinci maddə daha çox maraqlandırır.
Onlarla məşhur hərbi marşların, vətənpərvərlik mövzulu mahnıların bəstəcisi, həmçinin, həmin mahnı mətnlərinin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin hərbi-vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu Moderator.az-a açıqlamasında dünənki qələbədən sonra “Qarabağ”a aid himn, marş yazmaq ideyasının yarandığını bildirib:
“İnanın ki, dünən bu tarixi zəfəri qazandığımız an ürəyimdən belə bir fikir keçdi. Bu səbəbdən də maraqlanıb baxdım, kiçik araşdırma etdim. Gördüm, “Qarabağ” komandası üçün bir himn yazılıb və Xatirə İslamın ifasında səsləndirilib. Amma mən yenə də bu fikirdəyəm. Qərarım qətidi”.
Qeyd edək ki, Şahin Musaoğlu Qarabağ müharibəsi zamanı hərbi həkim kimi fədakarlıqla döyüşməklə yanaşı, az qala, hamının əzbər bildiyi “Cənab Leytenant”, “İgid əsgər möhkəm dayan”, “Birinci batalyon” kimi onlarla hərbi-vətənpərvərlik mövzulu mahnı və marşların müəllifidir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub