Fevralın 16-17-də İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında dünya kuboku yarışları keçiriləcək.
Mynews.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə “A” yarımqrupunda mübarizə aparacaq. İran, Türkiyə, Hindistan və Monqolustan komandaları isə “B” yarımqrupunda yarışacaqlar.
Yığma komandamızın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 12 güləşçimiz Kirmanşaha yollanıb.
Yarışda ölkəmizi Mahir Əmiraslanov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Əli Rəhimzadə (61 kq), Hacı Əliyev, Məhəmməd Müslümov (65 kq), David Suynuçxanov (70 kq), Cəbrayıl Həsənov, Murad Süleymanov (hər ikisi 74 kq), Şərif Şərifov (86 kq), Nurməhəmməd Hacıyev, Aslanbek Alborov (hər ikisi 97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər.
Təcrübəli güləşçilərimizlə yanaşı, bir neçə gənc və perspektivli idmançının da heyətə daxil edilməsi məşqçilər korpusu tərəfindən onları sınaqdan keçirmək, ehtiyat qüvvənin hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır.
Yarışın proqramına əsasən, fevralın 16-da yarımqrup görüşləri, bir gün sonra isə final görüşləri keçiriləcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək.
Qeyd edək ki, ötən il keçirilən analoji turnirdə sərbəst güləşçilərimiz yarışları 5-ci yerdə başa vurublar. Buna qədər isə sərbəst güləşçilərimiz iki dəfə - 2004-cü və 2009-cu illərdə dünya kubokunun sahibi olublar.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub