USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Londona getmək istəyən “Qarabağ” azarkeşlərinə şad xəbər ASANLAŞDI

18:49 29.08.2017
Londona getmək istəyən “Qarabağ” azarkeşlərinə şad xəbər ASANLAŞDI
18:49 29.08.2017

Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi “Çelsi” - “Qarabağ” futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib.

Mynews.az xəbər verir ki, bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda “Çelsi” - “Qarabağ” oyunu keçiriləcək.


Xəbər lenti