Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında 1/4 final mərhələsinə start verilib.
Mynews.az xəbər verir ki, günün ilk sessiyasında Azərbaycan millisinin 1 üzvü qüvvəsini sınayıb.
75 kq çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvalı kolumbiyalı Xorxe Vivas Palasiosla üz-üzə gəlib. Döyüş 3:2 (27:30, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə Olimpiya mükafatçımızın xeyrinə başa çatıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.
Şahsuvarlı avqustun 31-də baş tutacaq 1/2 finalda qazaxıstanlı Abilxan Amankulla qarşılaşacaq.
Qeyd edək ki, günün ikinci sessiyada dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) da rinqə çıxacaq. O, yarımfinala vəsiqə üçün Camili-Dini Aboudo-Moindze (Fransa) ilə döyüşəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub