Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" növbəti transferini rəsmiləşdirməyə hazırlaşır.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi PAOK-un hücumçusu Pedro Enrikeilə anlaşıb.
Klublar arasında uzun müddətdi aparılan danışıqlar, nəhayət ki, müsbət nəticələnib. PAOK 27 yaşlı "sambaçı"nı satmağa çalışsa da, "Qarabağ" yunanlarla icarə məsələsində ortaq məxrəcə gəlib. Gün ərzində Pedronun keçidinin açıqlanması gözlənilir.
Razılığa əsasən, birillik icarəyə götürülən futbolçu özünü doğrulda bilsə, "Qarabağ" onu gələn il 2 və ya 2,5 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.
Qeyd edək ki, Pedro Enrike Konzen Medina da Silva PAOK-a keçən il "Renn" klubundan keçib. Braziliyalı hücumçu ötən mövsüm Yunanıstan klubunun heyətində 26 matçda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub