Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" növbəti transferini rəsmiləşdirməyə hazırlaşır.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi PAOK-un hücumçusu Pedro Enrike ilə anlaşıb.
Klublar arasında uzun müddətdir aparılan danışıqlar, nəhayət ki, müsbət nəticələnib.
PAOK 27 yaşlı "sambaçı"nı satmağa çalışsa da, "Qarabağ" yunanlarla icarə məsələsində ortaq məxrəcə gəlib. Gün ərzində Pedronun keçidinin açıqlanması gözlənilir.
Razılığa əsasən, birillik icarəyə götürülən futbolçu özünü doğrulda bilsə, "Qarabağ" onu gələn il 2 və ya 2,5 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.
Qeyd edək ki, Pedro Enrike Konzen Medina da Silva PAOK-a keçən il "Renn" klubundan keçib. Braziliyalı hücumçu ötən mövsüm Yunanıstan klubunun heyətində 26 matçda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub