AFFA prezidenti Rövnəq Abdullayev dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç - Azərbaycan görüşü barədə danışıb.
Mynews.az xəbər verir ki, federasiya rəhbəri dsport.az saytına açıqlamasında Azərbaycan millisinin bu oyuna xüsusi motivasiya ilə çıxacağını bildirib: "Səfərdə oynamaq həmişə çətindir. Qrupdakı vəziyyətə gəlincə, nəzəri cəhətdən yüksək yerləri tutmaq şansımız var. Norveç ilk oyundan sonra bizə qarşı xüsusi hazırlaşacaq. Millimizdə də motivasiya var. Səfərdə müsbət nəticə xal sayımızı artıracaq. Ümumiyyətlə, cari seçmə mərhələdə yaxşı oyunlarımız çox oldu. Milli bu mövsüm pis oynamır, hər matçda, demək olar, sona qədər mübarizə aparır. Norveçdə də komandamızdan yaxşı oyun gözləyirik".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub