“Formula-1” yarışlarının məsrəflərini tamamən ödəyəcək qədər bilet satmaq olmaz.
Mynews.az xəbər verir ki, bu barədə “Sputnik-Azərbaycan”ın Beynəlxalq multimediya mətbuat mərkəzində baş tutan “Formula 1” yarışlarını qəbul edən ölkələrin sosial-iqtisadi gəlirləri” adlı Bakı-Moskva-Astana-Tbilisi videokörpüsü zamanı “Formula 1” Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov bəyan edib
O qeyd edib ki, yarışdan gəlir üç şəkildə əldə edəcək – bu, birbaşa gəlir, dolayı gəlir və əvəzolunmaz təcrübədir. Məsələn, keçən mövsümün nəticələrinə görə, Azərbaycanda turizmdən gələn gəlir səviyyəsi 20 dəfə artıb. Bununla yanaşı, Bəhreyn Beynəlxalq avtodromun əməliyyat direktoru Faez Rəmzi Faez bəyan edib ki, yarışların keçirildiyi 13 il ərzində Bəhreyn 1 milyard dollar gəlir əldə edib. Bu, təxminən ilə 100 min dollardır. Bu müddət ərzində turizmdən gələn gəlir 60% artıb.
“Formula 1” Rusiya Qran-prisinin promouteri Sergey Vorobyov ilə birgə imtiyazlı biletlər paketi hazırlanır. Həmçinin yarışları nə vaxtsa izləyən tamaşaçılar üçün bilet alarkən imtiyazlar təqdim ediləcək.
“Biz iki yarış üçün məmulat və biletlərin satışı üçün müştərək kampaniyaların keçirilməsini artıq ilk ay deyil ki müzakirə edirik. Paket biletləri alaraq yarışları izləmək mümkündür. Niyə də yox? Yetərincə sadə səslənir, amma hüquqi, müqavilə və kommunikasiya nöqteyi-nəzərindən – bu, o qədər də sadə deyil. Biz sıx əməkdaşlıq edirik və 2018-ci ildə bunun mümkün olacağına ümid edirik”, - Vorobyev qeyd edib.
Əməkdaşlıq mövzusunu davam edərək “Formula 1”-in beynəlxalq məsləhətçisi Riçard Kerqan bəyan edib ki, tərəfdaşlıq bazarın konyunkturasını almağa yardım edir, çünki “Formula 1” də biznesdir. Onu artırmaq və müddətini uzatmaq lazımdır ki, dayanıqlı olsun. Əməkdaşlıq nöqteyi-nəzərindən yarışları qəbul edən ölkənin gəlirlərinin maksimum olması üçün biletlərin satışını artırmaq lazımdır.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub