Norveç - Azərbaycan oyununda hesab açıldı YENİLƏNİB

848
Norveç - Azərbaycan oyununda hesab açıldı YENİLƏNİB

Mynews.az bildirir ki, Norveç - Azərbaycan oyununda hesab açıldı. Oyunun 32-ci dəqiqsində Norveçin oyunçusu Coşua Kinq penalti zərbəsini dəqiq yetirdi. Norveç - Azərbaycan - 1:0.

---------

22:45

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçiriləcək. Mynews.az apasport.az-a istinadən xəbər verir ki, VII tur çərçivəsində 3 qarşılaşma baş tutacaq.

Azərbaycan millisi Norveç yığması ilə qarşılaşır. Komandamız səfər oyununu Skandinaviyada keçirilir.
 
Ardıcıl üç məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından çıxmaq üçün mübarizə aparır. Millimiz Bakıda məğlub etdiyi rəqibi Osloda da xalsız qoymaq niyyətindədi.
 
Komandamız skandinaviyalıları məğlub etsə, tarixinin rekorduna imza atacaq. Belə ki, millimiz indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamayıb. Bununla, keçirdiyi ilk üç oyunda 7 xal qazanan, ardınca üç dəfə məğlubiyyətə üzülən yığmamız 4 il əvvəl imza atdığı rekordu kölgədə qoyacaq. DÇ-2014-ün seçmə mərhələsində 9 xal əldə olunmuşdu.
 
Qazanılacaq 3 xalla həm də qələbə rekordu müəyyənləşəcək. İndiyədək yığmamız heç vaxt tsikldə 3 dəfə qalib gəlməyib. Hesabında artıq 2 qələbə olan yığmamız Norveçdəki uğur sayəsində 3-cü sıraya yüksəlmək şansı qazanacaq. Çexiyanın səfərdə güclü Şimali İrlandiya ilə görüşəcəyini nəzərə alsaq, irəliləmək şansı böyükdü.
 
Komandamız uduzsa, mövqeyini əldən verəcək. Çünki xal hesabında yığmamıza çatacaq skandinaviyalılar əlavə göstəricilərdə 4-cü sıranı ələ alacaq. Bunun üçün də Prosineçkinin yetirmələri ən azı 1 xal qazanmalıdı.
 
Qeyd edək ki, "Ulleval" stadionundakı oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

DÇ-2018-in seçmə mərhələsi
1 sentyabr
 
Norveç - Azərbaycan - 0:0
 
Baş hakim: Daniel Stefanski
Baş hakimin köməkçiləri: Robert Marçin Bonek,  David Qolis
Dördüncü hakim: Bartoş Frankovski (hamısı Polşa)
Hakim-inspektor: Con Peter (İngiltərə)
Komissar: Nikolae Kamelia (Rumıniya)
Oslo. "Ulleval" stadionu
 
Norveç: 1. Runye Yarsteyn, 2. Haytem Alesami, 3. Yorgen Skyelvik, 6. Havard Nordveyt, 7. Coşua Kinq, 8. Stefan Yohansen, 9. Aloeksandr Sorlot, 11. Muhammed Elyunisi, 15. Sander Berge, 16. Yonas Svensson, 20. Mots Moller Daehli
Ehtiyat oyunçular: 12. Sten Qrtebust, 22. Andre Hansen, 4. Siqurd Rosterd, 5. Qustav Valsvik, 10. Tarik Elyunisi, 13. Anders Trondsen, 14. Omar Elabdellaoui, 17. Martin Linnes, 19. Byörn Consen, 21. Birger Melinq, 23. Co İnge Berget
 
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 9. Namiq Ələsgərov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov, 16. Cavid Hüseynov, 17. Mahir Mədətov, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 7. Araz Abdullayev, 8. Renat Dadaşov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 18. Təmkin Xəlilzadə, 19. Rahid Əmirquliyev, 21. Tərlan Quliyev, 22. Əfran İsmayılov

1.

Almaniya

6

6

0

0

27-1

18

2.

Şimali İrlandiya

6

4

1

1

11-2

13

3.

Çexiya

6

2

3

1

9-5

9

4.

Azərbaycan

6

2

1

3

3-9

7

5.

Norveç

6

1

1

4

6-10

4

6.

San Marino

6

0

0

6

1-30

0

----------

08:52

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçiriləcək. Mynews.az apasport.az-a istinadən xəbər verir ki, VII tur çərçivəsində 3 qarşılaşma baş tutacaq.

Azərbaycan millisi Norveç yığması ilə qarşılaşacaq. Komandamız səfər oyununu Skandinaviyada keçirəcək.

Ardıcıl üç məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından çıxmaq üçün mübarizə aparacaq. Millimiz Bakıda məğlub etdiyi rəqibi Osloda da xalsız qoymaq niyyətindədi.

Komandamız skandinaviyalıları məğlub etsə, tarixinin rekorduna imza atacaq. Belə ki, millimiz indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamayıb. Bununla, keçirdiyi ilk üç oyunda 7 xal qazanan, ardınca üç dəfə məğlubiyyətə üzülən yığmamız 4 il əvvəl imza atdığı rekordu kölgədə qoyacaq. DÇ-2014-ün seçmə mərhələsində 9 xal əldə olunmuşdu.

Qazanılacaq 3 xalla həm də qələbə rekordu müəyyənləşəcək. İndiyədək yığmamız heç vaxt tsikldə 3 dəfə qalib gəlməyib. Hesabında artıq 2 qələbə olan yığmamız Norveçdəki uğur sayəsində 3-cü sıraya yüksəlmək şansı qazanacaq. Çexiyanın səfərdə güclü Şimali İrlandiya ilə görüşəcəyini nəzərə alsaq, irəliləmək şansı böyükdü.

Komandamız uduzsa, mövqeyini əldən verəcək. Çünki xal hesabında yığmamıza çatacaq skandinaviyalılar əlavə göstəricilərdə 4-cü sıranı ələ alacaq. Bunun üçün də Prosineçkinin yetirmələri ən azı 1 xal qazanmalıdı.

Qeyd edək ki, "Ulleval" stadionundakı oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

DÇ-2018-in seçmə mərhələsi

1 sentyabr

22:45. Norveç - Azərbaycan

Xəbər lenti