Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, 9 gün davam edən yarışın yekununa əsasən medal əldə edən ölkələrin də siyahısı açıqlanıb.
Mundialda 10 çəkidən 4-də təmsil olunan yığmamız 2 medala yiyələnib. Hesabına 1 qızıl və 1 bürünc mükafat yazan komandamız medal sıralamasına görə dünya çempionatını 4-cü pillədə başa vurub. Millimiz göstərdiyi nəticəyə görə Avropada isə hamını qabaqlayıb.
Ümumilikdə, 20 ölkə Hamburqda medala sahib olub. Onlardan cəmi 6-sı çempionluq sevinci yaşayıb.
Siyahıda birinci yeri Kuba yığması tutub. Amerika qitəsinin təmsilçisi 5 qızıl və 2 gümüş medal qazanıb. İlk “üçlük”də iki Asiya təmsilçisi də yer alıb. İkinci pillədə Özbəkistan (1 qızıl, 3 gümüş, 2 bürünc) qərarlaşdığı halda, üçüncü yeri Qazaxıstan (1 qızıl, 2 gümüş və 3 bürünc) tutub. Avropa yığmaları arasında ən yaxşı nəticəyə malik millimiz isə ümumi sıralamada 4-cü olub.
Qeyd edək ki, yığmamızın heyətində Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Kamran Şahsuvarlı (75 kq) bürünc medal qazanıb.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub