Avropada transfer pəncərəsi bağlansa da, Türkiyədə klublar sentyabrın 8-dək heyətlərinə yeni oyunçular qata biləcəklər. Mynews.az Fanat.az-a istinadən xəbər verir ki, fürsətdən yararlanmaq niyyətində olan "Qalatasaray"da da transfer çalışmalarını davam etdirir.
İspaniyanın məşhur "El Mundo Deportivo" qəzeti yazır ki, "Barselona" rəhbərliyi uzun müddətdi İstanbul klubunun hədəfində olan Arda Turanla bağlı qərar verib. Kataloniyalılar türk futbolçunu "Qalatasaray"a göndərmək istəyir və bu barədə qərar bu həftə açıqlanacaq.
Düzdü, "Barselona" Arda Turanı icarəyə vermək istəmirdi və satmağa çalışırdı. Lakin artıq Avropada transfer pəncərəsi bağlanıb. Bu səbəbdən də yeganə variant baş məşqçi Ernesto Valverdenin planlarına daxil olmayan futbolçunu bir mövsüm icarəyə verməkdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub