2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrda keçirilən oyunlar Azərbaycan millisinin FİFA reytinqindəki xalına ciddi təsir edib.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, iki qarşılaşma böyük itkiyə səbəb olub.
Belə ki, Norveçdə meydan sahiblərinə 0:2 hesabı ilə uduzub, Bakıda San-Marinonu 5:1 hesabı ilə darmadağın edən yığmamız üçün bu nəticələr ümumilikdə uğursuz sayılır. Çünki bu iki matç 39 xal itkisinə bərabərdi.
Ayın əvvəlində açıqlanan siyahıda 427 xala malik komandamızın növbəti cədvəldəki hesabında 388 xal olacaq. Millilərin iştirakı ilə qarşılaşmalar davam etdiyindən yığmamızın xal itkisinin neçə pillə geriləməsinə səbəb olacağı dəqiq deyil. Amma Robert Prosineçkinin yetirmələrinin təxminən 5-10 pillə geriləməsini proqnozlaşdırmaq olar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub