“Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edib.
BakuPost.az PFL-ə istinadən xəbər verir ki, klub ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək IV turun oyun cədvəlində dəyişiklik edilməsini xahiş edib. Belə ki, klub IV turun “Kəpəz” – “İnter” görüşünun “İnter” – “Kəpəz” matçı kimi qeydə alınmasını xahiş edib.
Bütün bunları və “İnter”in razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası Premyer Liqanın IV turunun “Kəpəz” – “İnter” matçının sentyabrın 9-da “İnter Arena”da keçirilməsi barədə qərar qəbul edib. IV turda meydan sahibi “İnter” klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilib.
“Qarabağ” klubu da Peşəkar Futbol Liqasına müraciət edib. Ölkəmizi qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında təmsil edən “Qarabağ” ilk oyuna daha yaxşı hazırlaşmaq məqsədilə Premyer Liqanın IV turunda keçiriləcək “Səbail” ilə matçının başqa tarixə keçirilməsini istəyib. Bunu və qarşı tərəfin razılıq məktubunu nəzərə alan PFL Premyer Liqanın IV turunun “Səbail” – “Qarabağ” matçının 08.09.2017-ci il tarixdən 08.12.2017-ci il tarixə keçirilməsi haqqında qərar qəbul edib.
Beləliklə, turun görüşləri iki günü əhatə edəcək:
9 sentyabr
“İnter” – “Kəpəz”
“İnter Arena”, 17:00
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub