Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb.
Mynews.az goal.az-a istinadən xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 50, 54, 58, 63 və 100 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparıb.
50 kq çəkidə mübarizə aparan Zaur Əliyev ardıcıl olaraq Macarıstan və İsveç güləşçilərini məğlub edib. Yarımfinalda Ermənistan təmsilçisinə də heç bir şans verməyən güləşçimiz finala yüksəlib. Yaponiya idmançısı ilə gərgin keçən final qarşılaşmasında zədəli mübarizə aparan Zaur Əliyev minimal xal fərqi ilə uduzub və dünya çempionatının gümüş medalı ilə kifayətlənib.
Xatırladaq ki, Zaur Əliyev bir ay bundan əvvəl 46 kq çəkidə yeniyetmələrin Avropa çempionu adını qazanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub