Danimarkanın "Kopenhagen" futbol klubu baş məşqçi Stole Solbakkenin əsas köməkçisi Brian Priske ilə yollarını ayırıb.
40 yaşlı mütəxəssislə bu ilin sonunadək qüvvədə olan müqaviləyə vaxtından əvvəl xitam verilib.
Onu Yohan Lange əvəzləyib. Mikael Antonssona isə köməkçi-məşqçi vəzifəsi həvalə olunub.
Solbakken hazırkı vəziyyətdə ən düzgün qərarı verdiklərini bildirib. O, qərarın nəticələrlə yox, gündəlik məşqlərin məzmunu və Priskenin taktiki hazırlıqla bağlı qərarların qəbulunda öz üzərinə daha böyük məsuliyyət götürmək istəyi ilə əlaqədar qəbul olunduğunu açıqlayıb.
Lakin Danimarka mətbuatı məşqçilər heyətindəki dəyişikliyə Çempionlar Liqasında komandanın üzləşdiyi uğursuzluğu səbəb göstərib. "Kopenhagen" "play-off" mərhələsində iki oyunun yekununda (0:1, 2:1) "Qarabağ"a uduzduqdan sonra mübarizəni Avropa Liqasında davam etdirəcək.
Qeyd edək ki, Mikael Antonsson həm də komandanın futbolçusudur. Brian Priske isə "Kopenhagen"də 2016-cı ildən çalışırdı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub