"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA-dakı iştirak ərizəsində dəyişiklik baş verib.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, qitə futbol qurumu iştirak ərizəsində yol verdiyi səhvi aradan qaldırıb.
Belə ki, UEFA-nın rəsmi saytı öncədən komandanın baş məşqçisi kimi Aftandil Hacıyevi göstərmişdi. U-19-un baş məşqçisi Rəşad Sadıqovun oyunlar zamanı əsas komanda ilə Çempionlar Liqasında meydana çıxacağından Gənclər Liqasında "Qarabağ"a Hacıyevin rəhbərlik edəcəyi fikrini formalaşdırmışdı.
Lakin məlum olub ki, UEFA Hacıyevi səhvən baş məşqçi kimi göstərib. Qurum artıq bu yanlışlığa düzəliş edib və komandanın baş məşqçisi kimi Sadıqov göstərilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub