Türkiyə millisinin və “Fənərbağça”nın futbolçusu Volkan Şenin yeni komandası müəyyənləşib.
Mynews.az “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin müqaviləsinə xitam verdiyi 30 yaşlı cinah yarımmüdafiəçisi “Trabzonspor”la anlaşıb. Onunla axşam saatlarında rəsmi sözləşmə imzalanacağı bildirilir.
Türkiyədə “transfer pəncərəsi” sentyabrın 8-də bağlanacaq.
Qeyd edək ki, Volkan Şen 2011 - 2014-cü illərdə də “Trabzonspor”da çıxış edib. Ötən mövsüm “Fənərbağça”nın heyətində 33 oyuna çıxan yarımmüdafiəçi 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, Türkiyə yığmasının heyətində 26 matçda iştirak edib və 2 qol vurub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub