Xəbər verdiyimiz kimi dünən futbol üzrə Azərbaycan Premyer Liqasının IV tur oyunları start götürüb.
“İnter”-“Kəpəz” matçının ardınca günün son qarşılaşması Qəbələdə keçirilib.
İlk oyun uzaqdan vurulan maraqlı və 5 qolla yadda qalsa da, bu qarşılaşma gərginliyi ilə seçilib. Region təmsilçisi ilə “Zirə” arasında baş tutan görüş zamanı oyunun sonlarında futbolçular və baş məşqçi ilə hakim arasında mübahisə yaşanıb.
Bizimyol.info xəbər verir ki, qarşılaşmanın əsas vaxtında qapılara yalnız bir top vurulub. Oyunun 75-ci dəqiqəsində “Zirə”nin futbolçusu İqbokoyi meydan sahiblərini məyus edib.
Matça əlavə olunan dəqiqələrdə isə görüşün baş hakimi Ömər Paşayev “Zirə”nin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Cavid Hüseynov penaltini dəqiq yerinə yetirib. “Qəbələ” klubu son dəqiqələrdə məğlubiyyətdən yaxa qurtara bilib.
Qarşılaşmanın final fitindən sonra “Zirə”nin baş məşqçisi Ayxan Abbasov hakimə yaxınlaşaraq etirazını bildirib. A.Abbasovun emosianal etirazı gərginliyə səbəb olub. Belə ki, polislər meydana daxil olaraq olanlara müdaxilə edib. Bu zaman yüksək rütbəli polis zabiti baş məşqçini əli ilə itələyib. Daha sonra “Zirə”nin futbolçuları da mübahisəyə qarışıb. Bunun ardınca isə Ayxan Abbasovun özü yetirmələrini sakitləşdirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub