Ukraynanın "Metallist" klubunun gənclərdən ibarət komandalarının 12 sabiq futbolçusu danışılmış oyunlarda iştirakları səbəbindən diskvalifikasiya olunub.
Mynews.az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Futbol Federasiyasının (UFF) Nizam-İntizam Komitəsi qərar verib.
Qərara əsasən, Maksim Averyanov, Nikita Bezklubyuk, Boqdan Boyçuk, Daniil Klyuçka, Ruslan Kovtok, Yevgeni Malik, Aleksandr Medvedev, Rəmzi Ramazanov, Sergey Sizı, Dmitri Skarjinski, Daniil Solomaxa və Denis Tkaçenko 6 aydan 3 ilədək futboldan kənarlaşdırılıblar.
Qeyd edək ki, 2016-cı ilin sentyabrında UFF-in Etika və Ədalətli Oyun Komitəsinin "Metallist"in gənclər və yeniyetmələrdən ibarət komandalarının 14 futbolçusunun oyunları bilərəkdən uduzmaqda şübhəli bildiyi müəyyənləşib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub