Karate üzrə Azərbaycan milli komandasının liderlərindən Ayxan Mamayev (-84 kq) Almaniyanın Leypsiq şəhərində Premyer Liqa turnirinin qalibi olub.
Yenicag.az xəbər verir ki, o, Dünya Karate Federasiyasının (WKF) nüvuzlu Karate 1 seriyasından olan yarışda 7 görüş keçirib.
Mamayev birinci tatamidə Jang Min Soo (2-0, Cənubi Koreya), Limon Canedo (5-0, Meksika), Georgios Çanos (Yunanıstan, 4-3), Vu Çun-Vey (4-0, Taypey) İlya Qranovesov (2-1, Rusiya), yarımfinalda isə Valeri Çobatarla (2-2, Macarıstan) görüşlərini qələbə ilə başa vurub. Finalda daha bir rusiyalı idmançı, azərbaycan əsilli Aleksandr Əliyevlə görüş isə karateçimizin 6-0 hesablı tam üstün qələbəsi ilə başa çatıb.
Ayxan Mamayevin mövsümün son Premyer Liqa turnirində bu qızıl medalı, onun dünya reytinq cədvəlinin ikinci pilləsindəki mövqeyini daha da möhkəmlədib. Maliyyə çətinliyi üzündən milli komandanın digər üzvləri Almaniyada mötəbər yarışda iştirak edə bilməyiblər. Premyer Liqada 87 ölkədən 1384 idmançı mübarizə aparıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub