Latsio" futbol üzrə İtaliya çempionatının üçüncü turunun oyununda öz meydanında "Milanı" qəbul edib.
Metbuat.az xəbər verir ki, "Olimpiko" stadionunda keçirilən görüş ev sahiblərinin 4:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində hücumçu Çiro İmmobile het-trik edib. Daha bir qolu isə yarımmüdafiəçi Luis Alberto öz hesabına yazdırıb. "Milan"ın heyətində Rikardo Montolivo fərqlənib. Matçın üçüncü uzatma dəqiqəsində "Latsio"nun yarımmüdafiəçisi Marko Parolo ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Hazırda "Latsio" 7 xal ilə turnir cədvəlində üçüncü yerdə, "Milan" isə altıncı pillədə qərarlaşıb.
İtaliya "A" Seriyası, 3-cü tur
"Latsio" – "Milan" - 4:1
1:0 – İmmobile – 38 (pen), 2:0 – İmmobile – 43, 3:0 – İmmobile – 48, 4:0 – Alberto – 49, 4:1 – Montolivo – 56
Qırmızı vərəqə: Parolo, 90+3
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub