Rusiyada milli diasporlarımızdan birinin rəhbəri, kikboks üzrə dünya çempionu Ramil Caniyev güllələnib.
Mynews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın znak.com saytına istintaq idarəsinin Kurçatov rayonu üzrə istintaq şöbəsinin rəhbəri Yevgeni Mitroxin məlumat verib. İstintaq zamanı məlum olub ki, qatil Caniyevi Çelyabinsk şəhərinin şimal qərbində yerləşən Ostrovski küçəsində, 7 nömrəli binanın girişində 1 saata yaxın gözləyib və evdən çıxan anda güllələyib.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 25 yaşlı R.Caniyevi xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb.
Hadisənin münaqişə zəminində baş verdiyi iddia edilir. Cinayəti törətməkdə şübhəli bilinən 26 yaşlı Eldəniz Bağırov axtarılır.
Qeyd edək ki, kikboksinq üzrə beynəlxalq dərəcəli hakim olan olan Ramil Caniyev 2015-ci ildə dünya çempionu olub.


1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub